Badamlı peçenyenin HAZIRLANMA QAYDASI

29 Ocak 2022
2 176
0
Badamlı peçenyenin HAZIRLANMA QAYDASI
Hər kəs şirniyyatı çox sevir. Xüsusilə də evdə hazırlanan şirniyyatların dadından heç doymaq olmur. Feat.Az evdə badamlı peçenyenin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:


1 stəkan yarım un
1 stəkan şəkər tozu
150 qr badam içi
1 stəkan kərə yağı
3 yumurta ağı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz

Hazırlanması:


Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem ​​halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir. Qatı krem ​​halına gəlincə içinə ələnmiş un, qabartma tozu, duz, üyüdülmüş badam əlavə olunur və taxta qaşıqla qarışdırılır. Üzərinə yağlı kağız qoyulmuş soba qabına qaşıqla bir-birindən aralı şəkildə qoyulur və üstləri qızarana qədər bişirilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.