“Ağlayan tort”-un – HAZIRLANMA QAYDASI

28 Ekim 2021
2 769
0
“Ağlayan tort”-un – HAZIRLANMA QAYDASI
Şirniyyat, xüsusilə də tort yeməyi bir çoxumuz sevirik.
Amma hər bişirilən tort da damaq dadımıza uyğun olmur. Feat.Az sizə “Ağlayan tort” adı ilə məşhur olan ləzzətli tort reseptini təqdim edir.
Lazım olan vəsaitlər:

4 ədəd yumurta
2 yemək qaşığı süd
1,5 stəkan un
1 stəkan şəkər tozu
1 stəkan kakao
1 yemək qaşığı duru yağ üzəri üçün
1 paket krem ​​şanti
1 paket şokolad sousu
2 stəkan süd

Hazırlanması :


Yumurta və şəkəri yaxşıca çırpın. Xamır üçün lazım olan vəsaitləri əlavə edərək tortun xəmirin hazırlayın. Ocaq qabınızı yağlayaraq xəmiri tökün və bişirin. Hazır olduqdan sonra üzərini iti bir əşya ilə dəlin və südü üzərinə əlavə edin. Keks soyuduqdan sonra ona krem ​​şanti sürtün. Soyumuş şokolad sousunu keksin üzərinə tökün.

Nuş olsun
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET