Bol kakaolu ad günü tortu resepti

09 Nisan 2022
4 629
0
Bol kakaolu ad günü tortu resepti
Tərkibi:
Biskvit üçün:

6 ədəd yumurta,
1 st. şəkər tozu,
yarım armudu st. isti su (qaynar yox),
1 paket qabartma tozu,
1 paket vanil

Krem üçün:

3 st. süd,
1 st. şəkər tozu (2 barmaq əskik),
4 x.q. un,
1 paket vanil,
yarım paket krem şanti

Üzəri üçün:

qaymaq (26% milla),
90 qr. südlü şokolad,
1 paket kakaolu krem şanti,
yarım armudu st. soyuq süd

Hazırlanması:

Əvvəlcə yumurtaların ağını sarısından ayırırıq. Yumurtaların ağını və bir çimdik duzu 2 dəqiqə mikserlə çalırıq. Üzərinə şəkər tozunun yarısını əlavə edib, ağarana kimi çalmağa davam edirik. Ayrı bir qabda yumurta sarılarının üzərinə su və qalan şəkər tozunu əlavə edib, həcmi artana kimi yaxşıca çalırıq. Üzərinə qalan quru ərzaqları əlavə edib, mikserin aşağı sürətilə qarışdırırıq. Daha sonra yumurta ağını bu qarışıma az-az əlavə edib, havası sönmədən qaşıqla qarışdırırıq. 20 sm-lik soba qabının içini və kənarlarını yağlayıb, yağlı kağız səririk. Hazırladığımız xəmiri töküb, əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 40-45 dəqiqə bişiririk. *Qeyd. Əgər üzəri yaş kimi olsa sobanın üst hissəsinə qoyub, 5 dəqiqə bişiririn.

Kremi hazırlamaq üçün süd, un və şəkər tozunu bir qaba töküb qarışdırırıq. Qazın üzərinə qoyub, az odda bişiririk. Qaynamağa başlayanda qazın altını söndürüb, vanil əlavə edərək qarışdırırıq.

Biskvit və kremi soyumağa qoyuruq. Soyuduqdan sonra biskviti sap və ya bıcaq vasitəsilə 3 hissəyə bölüb, aralarını kremləyərək üst-üstə yerləşdiririk. Üzərini zövqə görə bəzəyə bilərsiniz. *Qeyd. Mən biskivit bişəndən sonra o dəqiqə çıxartmıram, sobanın ağzını açıb saxlayıram içəridə, çünki istidən birdən soyuğa keçməsin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.