Qaymaqlı kremli piroq resepti

07 Kasım 2021
3 558
0
Qaymaqlı kremli piroq resepti
Tərkibi:
175 qram un
75 qram kərə yağı
40 qram şəkər tozu
6 ədəd limon
175 qram sarı şəkər
7 yumurta
200 qram 40 %-li qaymaq
1 çimdik duz

Hazırlanması:
1 yumurta götürün, ağını sarıdan ayırın.
Ağını mikserlə çalın.
Üzərinə şəkər tozu, kərə yağı, duz, yumurta sarısı və 1 xörək q. su əlavə edib xəmir hazırlayın.
Bərk xəmir alınmalıdır.
30 dəqiqə soyuducuda saxlayın.
Soba qabını yağlayın.
Xəmiri nazik formada qaba yayın.
Üzərinə çalınmış yumurta ağını yayın.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20 dəqiqə bişirin.
6 limonun qabığını təmizləyin və şirəsini sıxın.
Qalan yumurtanı, sarı şəkər ilə mikserlə bir kütlə alınana qədər çalın.
Üzərinə limon şirəsini və sürtgəcdən keçirilmiş limon qabığını, qaymağı əlavə edin və yenidən çalın.
Bişmiş xəmirin üstünə hər tərəfə yayılmaq şərti ilə tökün və 180 dərəcə temperaturda 30 dəqiqə bişirin.
Hazır olduqda üstünə şəkər tozu səpin.
Süfrəyə xama ilə servis edə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.