Qoz içlikli ballı almalar resepti

08 Eylül 2017
1 751
0
Qoz içlikli ballı almalar resepti
Tərkibi:
600 qram turş alma
100 qram üzüm
100 qram təmizlənmiş qoz
50 qram təmizlənmiş fındıq
1,5 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı bal
1 çay qaşığı üyüdülmüş darçın
250 qram alma şirəsi
1 xörək qaşığı bitki yağı

Hazırlanması:

Almaları yuyub qurudun.
Almaların səliqə ilə içini bıçaq ilə çıxarın.
Qoz və fındığı blenderdə xırdalayıb bir qaba qoyun.
Üzərinə üzüm, şəkər tozu, darçın və balı əlavə edin.
Bunları yaxşı qarışdırıb almaların içini doldurun.
Sobanı 180 dərəcə qızdırın və soba qabını bitki yağı ilə yağlayın.
Hazırladığınız almaları qaba yığıb üzərinə alma sokunu əlavə edin və 30 dəqiqə sobada bişirin.
Soyuduqdan sonra qoz içlikli ballı almalar şirniyyatı servisə hazırdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.