Nega Maluca şokoladlı keks resepti » Feat.Az Sekiller, Xeberler, Yazili

Nega Maluca şokoladlı keks resepti

12 sentyabr 2017
1 815
0
Nega Maluca şokoladlı keks resepti
Tərkibi:
xəmir:

4 yumurta
1,5 fincan şəkər tozu
2 fincan un
1 fincan qoxusuz bitki yağı
1 fincan kakao
1 fincan qaynar su
1 x.q. qabartma tozu
şokoladlı krem:
1/2 banka (195 q) qatılaşdırılmış süd
6 x.q. kakao
6 x.q. süd
1 x.q. kərə yağı
(fincan = 240 ml)

Hazırlanması:

Sobanı 180 dərəcə qızdırın.
20x30 sm ölçülü düzbucaqlı formanı yağlayıb un səpin.
Şəkər tozunu, birlikdə ələnmiş un, kakao və duzu, kərə yağını qarışdırın. Qaynayan su əlavə edib qarışdırın, yumurta, qabartma tozu əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Xəmiri hazırladığınız formaya töküb qaşıqla üzərini hamarlayın. Sobada 40 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpüylə yoxlayın. Soyudub formadan çıxarın.
Şokoladlı krem: tayqulpda krem üçün göstərilən bütün ərzağı qarışdırıb ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşanadək bişirin. Hazır keksin üzərinə çəkin.

Nuş olsun!
Şərh Yaz