Şokoladlı çələng keksi resepti

10 Kasım 2021
1 800
0
Şokoladlı çələng keksi resepti
Tərkibi:
1 stəkan un
1 stəkan + dörtdə bir stəkan şəkər tozu
Yarım stəkan şəkərsiz kakao tozu
Yarım çay qaşığı qabartma tozu
Dörtdə bir çay qaşığı duz
Dörtdə bir stəkan yumuşaq kərə yağı (otaq temperaturunda yumuşalmış)
2 iri yumurtanın ağı (otaq temperaturunda)
1 iri yumurta (otaq temperaturunda)
Yarım stəkan az yağlı süd (tam yağlı da ola bilər)
2 çay qaşığı tez həll olunan espresso tozu (əlinizin altında yoxdursa, əlavə etməyə də bilərsiniz)
Bir çay qaşığı yarım vanil ekstraktı
Üçdə bir stəkan qoz ləpələri (qozun əvəzinə şokolad dənələrindən də istifadə edə bilərsiniz)
Yağ əvəzliyici sprey və ya kərə yağı (formanı yağlamaq üçün)
Şəkər kirşanı (üzərinə səpmək üçün)

Hazırlanması:
Sobanı 180C-dək qızdırın.
Unu və ondan sonra gələn 4 ərzaqı (undan duza qədər hamısını) dərin qabda qarışdırın . Sonra yağı, yumurta ağını və yumurtanı da əlavə edin. Mikserlə 1 dəqiqə ərzində aşağı sürətlə çalın.
Daha sonra südü, espressonu və vanili əlavə edib eyni qayda ilə bir dəqiqə qarışdırın. Xəmirə qoz ləpələrini əlavə edib əvvəlcədən yağlanmış halqavari keks formasına tökün.
Sobanın orta gözündə təqribən 35-40 dəqiqə bişirin (kibriti və ya kokteyl çubuğunu keksin ortasına batırdığınızda təmiz çıxırsa, keks hazırdır). Sobadan çıxartdıqdan sonra keks formada 10 dəqiqə soyumalıdır.
Keksi formasından çıxartdıqdan sonra kənara qoyub tam soyumasını gözləyin. Süfrəyə verməkdən əvvəl keksin üstünə şəkər kirşanı səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.