Çiyələkli trifle resepti

24 Eylül 2017
2 038
0
Çiyələkli trifle resepti
Tərkibi:
500-600 qr. çiyələk
2 ədəd banan
1/2 paket çiyələkli jele
12 ədəd peçenye
1 ədəd yumurta sarısı
2 yemək qaşığı un
2 yemək qaşığı nişasta
3/4 su stəkanı şəkər tozu
1 litr süd
1 paket vanil
2 yemək qaşığı marqarin
1 qutu labne pendir (200 gr.)

Hazırlanması:

1.5 stəkan süd peçenye üçün ayrılır.
Qalanı yumurta sarısı, nişasta, un və şəkər qarışdırılaraq bişirilir.
Qazdan götürdükdən sonra vanil və marqarin əlavə edilərək mikser köməyi ilə 5 dəqiqə çırpılır.
Biraz soyuduqdan sonra labne pendir əlavə olunur və 5 dəqiqə çırpılır.
Dərin və şəffaf bir kasanın kənarlarına çiyələklər incə dilimlər halında qoyulur.
Dibinə 2 qaşıq krem yayılır.
1.5 stəkan süd 2 qaşıq şəkər ilə qarışdırılır və peçenyelər bu qarışıma batırılaraq kremin üzərinə sıralanır.
Üzərinə 4 qaşıq krem yayılır və incə dilimlənmiş çiyələklər düzülür.
Çiyələklərin üzərinə kremlər yayılır.
Kremdən sonra ən üstə banan və çiyələk düzülür.
Kasaların ən üstü 1-2sm jele üçün boş buraxılır.
Hazırlanan jele meyvələrin üzərinə tökülür.
Soyuducuda 7 saat gözlədilir.
Sonra servis edilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.