Mini Tort Resepti

24 Ocak 2022
2 647
0
Mini Tort Resepti
Tərkibi:
4 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı soyuq dəmli çay
1 çay qaşığı darçın (darçınsızda olar)
1 su stəkanı duru yağ
2,5-3 su stəkanı un
Yarım paket qabartma tozu

Kremi üçün:

1 kq süd
2 fincan un
2 Fincan şəkər tozu
1 paket damla saqqızı
Yarım paket yağı

Hazırlanması:

Yumurta və şəkəri köpük halına gələnə qədər çırpdıqdan sonra, dəmli soyuq çayı, yağı və darçını qarışdırdıqdan sonra, unun qabarma tozunu əlavə edib 180 dərəcədə isidilmiş sobada bişməsini gözləyirik.
Keks bişdikdən sonra, su stəkanı ilə halqalar halında kəsib yaxşıca soyumağa qoyub kremini hazırlamağa başlayırıq.
Keksdən arta qalan keks parçalarını rondodan çəkib, bir kasaya alırıq.

Kremin hazırlanması:

aldığım reseptə görə əvvəlcə yağı əridib daha sonrasında unu qovurub süd əlavə edilirdi.
Mənim dünən etdiyimdə un, şəkər və unu qaynayana qədər qazanda qarışdırdım.
Qaynayan kremə əvvəlcə damla saqqızını daha sonra yarım paket sana yağını əlavə edib, ocağın altını bağladım.
Bu krem daha gözəl oldu.
Kremin 10 dəqiqə mikserlə çırpırıq.
Xalqa halında kəsilən keks parçalarının üzərinə 1 şorba qaşığı krem əlavə edib, üzərinə rondodan çəkilən keks qırıntılarınıda əlavə edirik.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.