Üç şokolad tortu resepti

27 Eylül 2017
1 878
0
Üç şokolad tortu resepti
Tərkibi:
Şokoladlı laylar:

hər biri 150 q olmaqla tünd, südlü və ağ şokolad
450 ml 35%-li qaymaq (hər laya 150 ml)
30 q jelatin (hər laya 10 q)
150 q kərə yağı (hər laya 50 q)

Biskvit:

4 yumurta
1 st şəkər tozu
1,5 st. un
2 x.q. kakao
1 paket qabartma tozu

Hazırlanması:

Qaymağı soyuducuda bir neçə saat saxlayın.

4 yumurtanı 1 st. şəkər tozu ilə çalın. 1,5 st. unu 2 dolu xörək qaşığı kakao və 1 paket qabartma tozu ilə qarışdırıb buraya əlavə edin. Xəmiri içinə perqament döşənib yağlanmış siniyə tökün. Sobada bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpü ilə yoxlayın. Hazır korju soyudun. Sonra isə kənarları açılan formanın diametrində dairə kəsin (məsələn, diametri 26 sm).

Biskvitin qalanını pirojna üçün istifadə edə, yaxud tortun kənarlarına vurmaq üçün xırdalaya bilərsiniz.

Dairəvi korju formanın içinə qoyun (formanın kənarlarına əvvəlcədən plyonka yerləşdirin). Şəkər tozu, vanil və sudan şərbət hazırlayıb korja hopdurun (mürəbbə suyundan da istifadə edə bilərsiniz). Soyuducuya qoyun.

Tünd şokolad layı: 10 q jelatinin üstünə 2 x.q. su tökün. 150 q tünd şokoladı su hamamında əridin, kərə yağı əlavə edin. Paralel olaraq 150 q soyuq qaymağı qatı köpük alınınca çalın, soyuducuya qoyun. Şişmiş jelatini əriyənədək qızdırın. Ələkdən keçirib isti yağlı-şokoladlı qarışığa əlavə edin (hər ikisi çox qaynar olmamalıdır, ilıq olsa, daha yaxşıdır), soyuducudakı qaymağı da qatıb eynicinsli kütlə alınanadək çalın. Soyuducudakı biskviti çıxarın, bu qarışığı üstünə çəkib yenə soyuducuya qoyun.

Bu lay bərkiyəndən sonra eyni qaydada südlü şokoladla, sonra isə eynilə ağ şokoladla laylar hazırlayıb formanın içinə, bir-birinin üstünə tökün.

Soyuducuda bir neçə saat saxlayın (yaxşı olar ki, gecədən səhərədək), formanın kənarlarını açın, plyonkanı çıxarın, üzərini zövqünüzə görə bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.