"Quş yuvası" peçenyesinin ASAN RESEPTİ

27 Mart 2022
2 530
0
"Quş yuvası" peçenyesinin ASAN RESEPTİ
Hər birimiz şirniyyat yeməyi sevirik. Xüsusilə də evdə hazırlanan şirniyyatları daha çox bəyənir, fürsət düşdükcə və vaxtımız olduqca özümüz ləzzətli şirniyyat hazırlamaq istəyirik.

Feat.Az
-ın verdiyi bu reseptlə də süfrələrinizi dadlı və gözəl görünüşlü şirniyyatla bəzəyə bilərsiniz.

"Quş yuvası" peçenyesi üçün lazım olan ərzaqlar:

125 qram kərə yağı
1 yumurta
1 stəkan şəkər tozu
1 stəkan nişasta
1 paket vanil
25 qram kakao (2 yemək qaşığı qədər)
2,5 -3 stəkan un

Bəzəmək üçün şokoladla örtülmüş badam konfeti, ya da çınqıla bənzər şokolad

Hazırlanması:


Undan başqa bütün ləvazimatları qarışdırın. Unu yavaş-yavaş əlavə edərək ələ yapışmayacaq şəkildə bir xəmir yoğurun. Sarımsaq əzənin içərisinə yetəri qədər xəmir qoyub, yağlı kağız sərilmiş məcməyiyə sıxın. Qəlib balaca olduğu üçün bir peçenye üçün iki dəfə sıxmaq lazımdır. Hamısını hazırladıqdan sonra bir butulka qapağı ilə ortasından basın. Əvvəlcədən isinmiş 180 dərəcə ocaqda 15-20 dəqiqə bişirin. Soyuduqdan sonra istədiyiniz kimi bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.