Şokoladlı Bezelər Resepti

Şokoladlı Bezelər Resepti
Tərkibi:
2 yumurta ağı
100 qr şəkər
70 qr şokolad

Hazırlanması:

1. Əvvəl qazın üzərinə qazanda su qoyun. Digər dərin quru, təmiz qaba yumurta ağını və şəkəri tökün. Qabı qoyun qaynar su olan qazanın üzərinə. (qabın dibi suya dəyməməlidir, buxarla isinməlidir) Qabda şəkər tam əriyənəcək vençiklə dayanmadan qarışdırın. Sonra qırağa qoyun və mikserlə yüksək həddə çalın.
2. Şokoladı mikrodalğalı sobada və ya buxar vannasında əridin.
3. Massa tam şişdikdə və pik formasını saxladıqda ona əridilmiş şokoladı qatın. Ehtiyatla qarışdırın, amma çalışın çox qarışdırmayasız ki şokolad tam həll olmasın.
4. Perqament kağızı sərilmiş listlərə qaşıqla və ya dondurma qaşığıyla bezeləri qoyun.
5.Əvvəlcədən qızdırılmış sobada 100 C 40dəq - 1 saat ərzində bişirin. Sonra sobanı keçirin və 30 dəq ərzində sobada saxlayın ki qurusun. Bu porsiyadan 7-8 iri bezelər çıxır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.