Peçenyeli Trüffel Resepti

18 Ekim 2017
2 073
0
Peçenyeli Trüffel Resepti
Qış axşamlarında çayınızın yanında təqdim edə biləcəyiniz peçenyeli şirniyyat toplarını hazırlamaq çox asandır.

Trüffel üçün lazım olan məhsullar

300 qr. peçenye
1 stəkan təmizlənmiş qoz ləpəsi
1 yemək qaşığı Nescafe
1 paket qaymaq
2 yemək qaşığı Nutella
1 yemək qaşığı kərə yağı

Üzəri üçün:

Kokos qırıntısı
Qoz ləpəsi
Püstə
Şokolad qırıqları
“Yubileynoe” peçenyesi - 300 qr
Banan – 2 əd.
Xama – 2 əd.
Kakao tozu – 2 x/q.
Tünd dəmlənmiş çay (yaxud süd) – 100 ml

Hazırlanma qaydası:

Peçenyelər mətbəx blenderinin köməyi ilə un halına gələnədək əzilir yaxud əl ilə ovxalanır.

Qoz ləpəsi, nescafe, qaymaq, Nutella və kərə yağının da yer aldığı bir qaba ovulmuş peçenye əlavə edilir və yoğrulur. Alınan xəmir yumşaq, dağılmayan konsistensiyada olmalıdır.

Hazırlanan xəmirdən zövqə uyğun böyüklükdə hissələr ayrılır və yuvarlaq toplar hazlına gətirilir.

Peçenyeli trüffellər kokos, qoz və ya püstə qırıntısı, eləcədə şokolad qırıqlarına batırılaraq bir boşqaba düzülür. Hazır toplar soyuducuya qoyulduqdan yarım saat sonra gözəl dəmlənmiş çay ilə birlikdə təqdim oluna bilər.

Qeyd: Şirniyyatın tərkibində yumurta olmadığı üçün soyuducuda 3 günə qədər ağzı qapalı qabda saxlanıla bilər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.