Kələm turşusunun fərqli HAZIRLANMA QAYDASI

25 Ekim 2017
1 840
0
Kələm turşusunun fərqli HAZIRLANMA QAYDASI
Kələm turşusu ən sağlam və ləzzətli turşulardan biridir. Kələm turşusu xüsusilə soyuq aylarda hər yeməyin yanında sevilərək yeyilir. Kələm turşusunun qaraciyər yağlarını aradan qaldırdığı, bağırsaqdakı faydalı bakteriyaları qoruduğu deyilir.

Feat.Az
kələm turşusunun fərqli reseptini təqdim edir.

Ərzaqlar:

1 kq kələm

1 ədəd kök

5 diş sarımsaq

2 ədəd acı və ya şirin bibər

1 dəstə cəfəri

1 stəkan sirkə

1 stəkan su

2,5 xörək qaşığı iri duz

4-5 ədəd noxud

Hazırlanması:

Əvvəlcə kələmin yarpaqlarını ayırın və yuyaraq istədiyiniz ölçüdə doğrayın. Kök və sarımsağı da yuyaraq doğrayın. İsti su ilə yaxaladığınız balonun dibinə noxudları qoyun.
Dərin bir qabda kələmi, duzu, sirkəni və sarımsaqları 4-5 dəqiqə ovaraq dadlarının bir-birinə çıxmasını təmin edin.
Balona həmin qarışımdan bir az qoyaraq, üzərinə cəfərini, kökü, bibərləri əlavə edin. Bu prosesi balon dolana qədər davam etdirin. Balon dolduqdan sonra qabın dibində qalan qarışımın suyu ilə 1 stəkan suyu qarışdıraraq balona tökün. Daha sonra balonun qapağını bağlayaraq günəş görməyən bir yerdə 10 gün saxlayın.

Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.