Asan almalı piroq resepti

26 Ekim 2017
2 528
0
Asan almalı piroq resepti
Tərkibi:
2 stəkan əla növ un
1 stəkan şəkər tozu
2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1 ədəd iri yumurta – yüngülvari çırpılmış
1 stəkan süd
2 xörək qaşığı zeytun yağı və ya hər hansı növ başqa duru yağ (güclü qoxusu olmayan)
2 ədəd iri yaşıl alma və ya istədiyiniz sort alma – qabığını soya və ya soymaya bilərsiniz, nazik dilimlər şəkilində kəsin
1/2 (yarım) kip stəkan qəhvəyi şəkər tozu
1/2 çay qaşığı darçın
1/4 stəkan kərə yağı, əridilib – otaq hərarətinə qədər soyudulmuş
1/2 stəkan doğranmış qoz

Hazırlanması:

Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Üstünə yumurta, süd və duru yağı əlavə edib, yenidən qarışdırın. Alınan kütləni dibi yağlanmış və azacıq unlanmış, ölçüləri 23 sm X 33 sm olan formaya (mən istiyə dayanıqlı şüşə formada bişirirəm – şəkilə bax) boşaldıb, üstünü hamarlayın. Alma dilimlərini xəmirin üstünə cərgələrlə düzün.

Ayrı qabda qəhvəyi şəkər tozu, darçın va kərə yağını qarışdırın. Alınan qarışığı almaların üstünə səpin. Bunun da üstünə qozu səpin.

Sobanı 180Cdək qızdırın.

Piroqu xəmir formanın kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin. Sobadan çıxardın. Qoyun piroq formanın içində təxminən 10 dəqiqə soyusun. Piroqu hələ isti ikən və ya otaq hərarətində olduğunda süfrəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.