Almalı şokoladlı waffle resepti

28 Ekim 2017
1 651
0
Almalı şokoladlı waffle resepti
Tərkibi:
2 ədəd alma
3 ədəd yumurta
2 xörək qaşığı kakao
1 su stəkanı əridilmiş kərə yağı
4 xörək qaşığı pudra şəkəri
1 su stəkanı ilıq su
1 çay qaşığı darçın
1-2 çay qaşığı toz qərənfil
1 paket qabartma tozu
2 su stəkanı un

Servis üçün:

1 ədəd banan
2 ədəd kivi

Hazırlanması:

Yumurtaları geniş bir qaba əlavə edib çırpın. Üzərinə rəndələnilmiş alma, kakao, kərə yağı, pudra şəkəri, su, darçın, qərənfil və qabartma tozu əlavə edib qarışdırın. Unu yavaş-yavaş əlavə edərək tünd hallı bir qarışıq əldə edin. Hazırladığınız xəmirdən 1 çömçə alaraq, isidilmiş tost maşınına tökün. Maşının qapağını bağlayıb 6-7 dəqiqə bişməyə qoyun. Bütün xəmiri bu şəkildə hazırlayın. Daha sonra bişən xəmirləri bir su stəkanı ağızı ya da arzunuza görə bir qəliblə kəsərək şəkilləndirin. Banan və kivi dilimləriylə bəzəyərək servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.