Ananaslı və armudlu keks resepti

30 Ekim 2017
1 696
0
Ananaslı və armudlu keks resepti
Tərkibi:
5-6 dilim ananas
1 ədəd armud
3 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı un
1 paket qabartma tozu
180 qram əridilmiş marqarin

Karamel üçün:

1 xörək qaşığı toz şəkər
2 xörək qaşığı su

Şəkərvə suyu qarışdıraraq az odda karameli hazırlayın. Karameli qəlibin dibinə yayın. Armudu soyub, dilimləyin. Ananas və armud dilimlərini karamelin üzərinə düzün. Digər tərəfdə yumurtaları yaxşıca çırpın. Toz şəkəri əlavə edib təkrar 2-3 dəqiqə daha çırpın. Üzərinə unu və qabartma tozunu ələyib, əridilmiş marqarini əlavə edin. Yaxşıca qarışdırın. Qarışığı meyvələrin üzərinə yayın. Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.