Soğan gözlərimizi niyə yaşardır? – SƏBƏBİ

05 Kasım 2017
1 292
0
Soğan gözlərimizi niyə yaşardır? – SƏBƏBİ
Mətbəxdə ən çox istifadə etdiyimiz tərəvəzlərdən biri soğandır. Faydalı və dadlı olsa da, bircə mənfi tərəfi var – gözləri yaşardır. Bəs soğan soyub doğrayarkən bizi ağladan səbəb nədir? Elm adamları bu sualın cavabını tapıblar.

Feat.Az
bildirir ki, Amerika universitetlərinin birində aparılan araşdırmanın nəticəsinə görə, hər bir canlı kimi, soğanın da özünü qoruma mexanizmi var. Soğan özünü həşəratlardan və mikroblardan qorumaq üçün bu mexanizmi işə salır. Bunun nəticəsində müxtəlif enzimlər yayır. Soğan həmin enzimləri bir növ qaza çevirərək, gözlərimizi yaşardır və boğazımızı yandırır.

Yəni bu enzimlər yayılarkən gözlərimiz özünü yad maddələrdən qorumaq üçün göz yaşı çıxarır və nəticədə soğan bizi ağlatmış olur.

Əgər soğan doğrayarkən ağlamaq istəmirsinizsə, sizə kiçik bir məsləhətimiz var. Soğanı suyun altında soyub doğrasanız, yayılan qazların qarşısını ala biləcəksiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.