Qığılcım tortu resepti

07 Kasım 2017
1 914
0
Qığılcım tortu resepti
Tərkibi:
15 ədəd yumurta ağı
1,5 st şəkər tozu
1 paket qabartma tozu
1 st. un
1 çimdik duz
1 ç/q vanil

İçlik üçün:

1 paket (3 q) çiyələkli jele
2 st. su
500 q çiyələk

Üzəri üçün:

1 paket krem şanti
1 st. süd

Hazırlanması:

Əvvəlcə 15 ədəd yumurtanın ağını sarısından ayırın.
Ayırdığınız ağları mikser qabına tökün. Sarılarını isə tamamilə kənar bir qaba düzün.
Reseptimizdə yumurta sarılarından istifadə etməyəcəyimiz üçün nə istəsəniz, onu bişirə bilərsiniz.
Şəkər tozunu 3 dəfə ələkdən keçiririk.
İndi isə mikseri işə salırıq. Yumurta ağlarını köpüklənənədək çalırıq.
Bu ərəfədə şəkər tozunu və qabartma tozunu əlavə edib çalırıq.
İndi isə unu əlavə edirik. Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik.
Keks qabına yerləşdirib 180 dərəcədə isidilmiş sobada 40 dəqiqə bişməyə qoyuruq.
İndi isə keçirik içliyi hazırlamağa. Əvvəlcə bir qazana su əlavə edib qaynadırıq.
Bir qaba çiyələkli jeleni tökürük.
Üzərindən qaynar suyu əlavə edirik.
Təmizlənmiş iki yerə bölünmüş çiyələkləri də əlavə edib qarışdırırıq.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Biskviti bıçaq vasitəsi ilə iki hissəyə bölürük.
Hissələrdən birini içdən kəsirik. Elə etməliyik ki, içlik tökmək üçün yer hazır edə bilək.
Budur, kəsdiyimiz yerləri bir-bir çıxardırıq.
Çiyələkli jelemiz üçün yer hazırdır.
İçliyi əlavə edirik.
Digər hissəni üzərindən qoyuruq.
Mikserdə qarışdırdığımız krem şanti və südlü kremimizi biskvitin üzərinə çəkirik.
Soyuducuda bir qədər saxladıqdan sonra çıxarıb, hissələrə kəsirik.
Buyurun, tortumuz hazırdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.