Breton piroqu resepti

18 Kasım 2017
1 706
0
Breton piroqu resepti
Tərkibi:
Kərə yağı 150q
Un 150q
Şəkər pudrası 100q
Yumurta 4 ədəd
Qabartma tozu 1/2ç.q.
Gilə meyvə 200q
Alma 2-3 ədəd

Hazırlanması:

İlk öncə yumuşaq kərə yağını doğrayıb, şəkər pudrası ilə birləşdirin. Mikserin vasitəsi ilə şəkər pudranı və kərə yağını yaxşıca çalın. Alınan qarışıma 1 yumurtanı əlavə edib, qarışıml çalmağa davam edin. 3 yumurtanın sarısını qarışıma əlavə edib, souncu dəfə çalın. Qabartma tozunu un ilə birləşdirib, yumurtalı qarışıma əlavə edin. Qarışımı ehmalca qarışdırın. Yuyulmuş gilə meyvələrini doğrayıb, xəmirinizə əlavə edin. Meyvələri əzmədən, xəmiri qarışdırın. Piroq üçün formanızına xəmiri yerləşdirin. Almaları təmizləyib, şəkildə görsədildiyi kimk doğrayıb, xəmirin üzərinə yerləşdirin. Sobanızı 180 dərəcəyə qədər isidib, 45-50 dəqiqə ərzində "Breton" piroqunuzu bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET