Qışın sevimli təamı: badımcan turşusu

20 Kasım 2017
851
0
Qışın sevimli təamı: badımcan turşusu
Artıq demək olar ki qışa hazırlığın son mərhələləridir və mətbəxlərdə müxtəlif tərəvəzlərdən turşular hazırlanır.
Feat.Az sizə badımcan turşusunun hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:


2 kq kiçik turşuluq badımcan

1 ədəd kələm

1 ədəd kök

3 ədəd qırmızı bibər

1 dəstə kərəviz

1 dəstə cəfəri

1 stəkan sirkə

1 baş sarımsaq

1 çay qaşığı şəkər tozu

3-4 ədəd dəfnə yarpağı

Hazırlanması:


Badımcanları yuyun, sap və uc qisimlərindən bir barmaq buraxaraq ortasını ucu ilə uzununa 4 bərabər hissəyə ayırın.
Duzlu suda yumşalana qədər qaynadın. Qaynama prosesi bitdikdən sonra bir qabın içinə üst-üstə yığıb, üzərinə ağır bir şey qoyun, acı suyunun çıxması üçün 3-4 saat saxlayın.

Digər ərzaqları isə yuyaraq xırda-xırda doğrayın. Doğradığınız bütün ərzaqları qarışdırın, acı suyunu buraxan badımcanların kəsdiyiniz hissəsinə doldurun və kərəviz sapı ilə bağlayaraq balona yığın. Turşunun suyunu hazırlamaq üçün balon tutacaq qədər suyun hər litrinə 1,5 yemək qaşığı iri duz töküb bu suyu qaynadın və soyuduqdan sonra sirkəni də əlavə edin. Turşunun üstünə çıxana qədər balona suyu tökün. Qapağını bərk bağlayıb, 1 ay saxlayın və artıq turşunuz yeyilməyə hazırdır.

Nuş olsun!
lent.az
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Narlı pizza resepti
10:00
0

Narlı pizza resepti

Tarixdə Bu Gün - 12 Noyabr
09:00
6

Tarixdə Bu Gün - 12 Noyabr

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (337)
21:00
678

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (337)

12.11.2019 Gündəlik Bürclər (12 Noyabr 2019)
20:00
2 698

12.11.2019 Gündəlik Bürclər (12 Noyabr 2019)

Seksoloqa 8 vacib sual: “Necə edək ki, seksual olaq?” – Utanıb soruşmadıqlarınız
19:00
445

Seksoloqa 8 vacib sual: “Necə edək ki, seksual olaq?” – Utanıb soruşmadıqlarınız

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (317)
18:00
600

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (317)

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (55)
17:00
589

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (55)

Mədə yanması - Qarşısını alan ən effektiv üsullar
15:00
131

Mədə yanması - Qarşısını alan ən effektiv üsullar

Sənmən Yazılı Şəkillər 2019 (15)
14:00
726

Sənmən Yazılı Şəkillər 2019 (15)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ