Heyva marmeladlı peçenyeni BELƏ HAZIRLAYIN

05 Haziran 2022
2 848
0
Heyva marmeladlı peçenyeni BELƏ HAZIRLAYIN
Şirniyyat sevərlər fərqli ləzzətdə olan şirniyyatları dadmağı çox xoşlayır. Feat.Az-ın verəcəyi heyva marmeladlı peçenye tam sizin ağız ləzzətinizə uyğundur.

Lazım olanlar:

250 qar kərə yağı
1 stəkan şəkər pudrası
1 yumurta
2,5 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
4,5 stəkan un
Üzərinə səpmək üçün 1 stəkan şəkər tozu
1 kasa heyva marmeladı

Hazırlanması:


Əvvəlcə xəmir üçün olan ərzaqlar dərin bir ləyənə tökülüb yoğrulur. Daha sonra xəmirdən qoz böyüklüyündə hissələr alıb, ovucda yuvarlayıb ortası barmaqla aşağı basılır. Daha sonra şəkər tozuna bulayıb, soba qabına düzülür. Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişirilir. Soyuduqdan sonra isə üzərinə heyva marmeladı qoyulur və servis edilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.