Hamburgeri evdə hazırlayın - RESEPT

27 Kasım 2017
2 214
0
Hamburgeri evdə hazırlayın - RESEPT
Kiçikdən-böyüyə çoxlarının sevimli yeməyi hamburger hazırlamaq istəyirsiniz?

Feat.Az xəbər verir ki, bu reseptlə evdə, tam sağlam şəkildə qamburgerinizi hazırlaya biləcəksiniz.
Lazım olan ərzaqlar:

Çəkilmiş mal və ya toyuq əti

1 ədəd soğan

2 ədəd pomidor

Xiyar turşusu

1 çay stəkanı süd

Yarım dəstə cəfəri

1 çay qaşığı xardal

Duz, qara və qırmızı istiot

Ketçup

Kahı

Mayonez

Holland pendiri

Hamburger çörəyi

Hazırlanması:
Bir qabın içərisinə çəkilmiş mal və ya toyuq əti, əzilmiş çörək, süd, xardal, duz, ədviyyat, xırda doğranmış cəfərini, soğanı əlavə edib yoğurun. İçlikdən hamburger küftələri hazırlayıb qızardın.

Hamburger çörəyinin içərisinə mayonez, ketçup vurub qızartdığınız küftələri əlavə edin. Daha sonra pomidor, xiyar turşusu, zövqə görə soğan, Holland pendiri, kahı qoyub yeyə bilərsiniz.

Nuş olsun!

metbuat.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.