Ağız dadınız üçün fərqli ləzzət – BALQABAQLI KEKS

28 Kasım 2017
2 239
0
Ağız dadınız üçün fərqli ləzzət – BALQABAQLI KEKS
Mətbəxdə fərqli təamlar yoxlamaq istəyənlər üçün əla reseptimiz var. Adət olunanın əksinə olaraq, bu dəfə siz tərəvəzli bir keks bişirə biləcəksiniz. Feat.Az balqabaqlı keksin hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:

1 stəkan balqabaq püresi
1 stəkan süd
2 yemək qaşığı bal
1 stəkan şəkər tozu
2 yumurta
3 stəkan un
1 yemək qaşığı qabartma tozu
1 çay qaşığı soda
3 çay qaşığı duz
1 çay qaşığı darçın
1 çay qaşığı üyüdülmüş mixək
4 yemək qaşığı kərə yağ

Hazırlanması:
Sobanı 200 dərəcədə isidin. 12 ədəd keks qabını yağlayın. Bir qabda balqabaq püresini, südü, balı, şəkər tozunu və yumurtaları qarışdırın. Böyük bir qabda unu, qabartma tozunu, sodanı, duzu və ədviyyatları qarışdırın. Kərə yağını və duru ərzaqları da birləşdirərək çırpın. Xəmiri keks qablarına qaşıq yardımı ilə doldurun. 20-25 dəqiqə sobada bişirin. Sobadan çıxarıb 10 dəqiqə qəliblərində soyudun. İlıq ikən kərə yağı ilə servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.