Laymlı tart resepti

23 Kasım 2021
1 877
0
Laymlı tart resepti
Tərkibi:
Əsas hissəsi üçün:

200 qr peçenya;
100 qr kərə yağı.

Fiylinq üçün:
125 ml laym şirəsi;
400 qr qatılaşdırılmış süd;
3 yumurta;
10 qr şəkərli vanil;
2 qr yaşıl qida boyası;
2 ədəd rəndələnmiş laym qabığı.

Hazırlanması:

1. Peçenyalar blenderdən keçirilir, üzərinə otaq temperaturunda olan yağ əlavə olunub qarışdırılır.
2. Hazır olan kütlə diametri 28 sm olan tart qəlibinə yerləşdirilir. Sobada 180°C temperaturda 8 dəqiqə bişirilir.
3. Ayrıca qatılaşdırılmış süd və laym şirəsi qarışdılır. Üzərinə yumurta, şəkərli vanil, qida boyası da əlavə olunub eynicinsli kütlə olana kimi qarişdırılır və hazırlanmış tart qəlibinə tökülür.
4. Sobada 170°C temperaturda 11-13 dəqiqə bişirilir. 3-5 saat dinləndirildikdən sonra süfrəyə verilə bilər.Servis zamani üzərinə şəkər kirşanı səpilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.