Revani Resepti

Revani Resepti
Xəmir üçün:
4 yumurta
1 st. qatıq
1 st. günəbaxan yağı
2 st. un
1 st. mannıy yarması
1 st. şəkər tozu
1 paket qabartma tozu

Şərbət üçün:

5 st. su
4 st. şəkər tozu
1/2 limonun şirəsi

Hazırlanması:

Yumurtaları şəkər tozu ilə mikserlə çalırıq. Qatıq, mannıy yarması, günəbaxan yağı, un əlavı edib çalırıq. Ən sonda qabartma tozu əlavə edirik. Dördkünc soba qabını (20x30) kərə yağı ilə yağlayırıq. Xəmiri içinə töküb 170 dərəcədə, üstü qızaranədək bişiririk. Bu vaxtı şərbəti hazır edək. Suyla səkər tozunu bişiririk, sonra limon suyunu əlavə edib soyuduruq. Bişmiş revanini istədiyiniz formada kəsin və şərbəti üstünə tökün. Bir müddət qalmalıdır ki, yaxşı özünü tutsun. Soyuq formada servis edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.