Şən qar adamı peçenyeləri - Foto Resept
250 qr kərə yağı
0,5 st şəkər
50 qr kokos
1 ədə yumurta
1 x/q konyak (əlavə etməsəz də olar)
1 paket vanil
1 çimdik muskat qozu
1 çimdik darçın (mən sevmədiyim üçün istifadə etməyəcəm)
2-2,5 st un
2 ç/q qabartma tozu
Üzəri üçün şəkər pudrası
Narıncı və ya çəhrayı rəngli marmelad ( burun və ağzı üçün)
Damla şokolad (gözləri üçün)
Hazırlanması:
Yumşalmış kərə yağı, şəkər, ədviyyatlar və kokosu qarışdırıb üzərinə konyak və yumurtanı əlavə edib yaxşıca qarışdırın. Qabartma tozu ilə qarışdırılmış unu əlavə edib ələ yapışmayan zərif xəmir yoğurun. Kloka büküb iki saat soyuducuda saxlayın, və ya 0,5 saat dondurmada.
Xəmirdən müxtəlif ölçüdə dairələr düzəldin. Qar adamının hissələrini yaxşıca birləşdirib əllərini və ayaqlarını və vedrə formasında papaq düzəldin. Soba nimçəsinə qənnadı kağızı sərin. Gözlərini və düymə yerini damla şokoladla düzəldib 180-200c dərəcə sobada hazır olana qədər 20-25 dərəcə bişirin. Hazır qar admlarının üzərinə şəkər pudrası səpin və kəsilmiş marmeladdan ağız və burun düzəldin.
NUŞ OLSUN!