Şokoladlı berliner resepti

17 Nisan 2022
6 405
0
Şokoladlı berliner resepti
Tərkibi:
1 yumurta + 2 yumurtanın sarısı
500 q un
200 ml soyuq süd
130 q kərə yağı
5 q quru maya
60 q şəkər tozu
1 x.q. 5%-li sirkə
3 x.q. konyak
1 çimdik vanil

Krem:

250 ml süd
1 orta boy yumurta
100 q şəkər tozu
1,5 x.q. un
1 çimdik vanil
75 q kərə yağı
3-4 x.q. kakao

Üzərinə:

şəkər tozu

Xəmir:

Mayanın üzərinə süd töküb otaq temperaturunda 1 saat saxlayın.
Yumşaq kərə yağını şəkər tozu ilə çalın, tədricən yumurta sarıları və bütöv yumurtanı əlavə edin. Sirkə, konyak, vanil, südün qalanı və 0,5 ç.q. duz əlavə edin. Südlü-mayalı baratanı əlavə edin. Un qatıb yumşaq xəmir yoğurun. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda gəlməsi üçün saxlayın. Həcmi iki dəfə artanda bir dəfə ətləyin, 16-18 ədəd eyni boyda kündə tutun.
Hər kündəni bir az yayın (çox nazik olmasın), kənarlarını ortaya yığıb qatlayın, böyrünü əlinizlə hamarlayın (belə edilir ki, bişəndə içi boş olsun). Bunları yenə də gəlməsi üçün bir müddət saxlayın (20 dəqiqə).
Yağı qazanda qızdırın, vam odda kökələri 5 dəqiqə bişirin. Çıxarıb "tikişi" yuxarı olmaqla boşqaba düzün. Soyudun.

Krem:

Yumurtanı şəkər tozu və unla çalın, vanil, süd, kakao əlavə edib yaxşıca qarışdırın. Vam odda qarışdıraraq qatılaşınca bişirin. Tam soyudun.
Kərə yağını çalın, soyuq kremlə qarışdırın.
Kremi konditer torbasına doldurub kökələrin içinə yeridin, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.