Pəhriz saxlayanlar üçün ideal seçim: ANANASLI KEKS

Pəhriz saxlayanlar üçün ideal seçim: ANANASLI KEKS
Meyvəli şirniyyatlar hər kəs tərəfindən çox sevilir. Feat.Az sizə ananaslı keks resepti verir. Xüsusilə də pəhriz saxlayanlar üçün ideal seçimdir.

Lazım olanlar:

360 qr un
2 çay qaşığı qabartma tozu
2 çay qasığı soda
2 çay qaşığı darçın
8 xörək qaşığı qurudulmuş ananas
80 qr qatıq
1 ədəd yumurta
60 qr şəkər tozu
60 qr qoz

Hazırlanması:

Əvvəlcədən sobanı 90 dərəcədə isidin. Böyük bir kasada un, soda, qabartma tozu və darçını qarışdırın. Ananas və qatığı mətbəx robotu ilə qarışdırın. Yumurta, səkər tozu yağ, un və qozu qarışdırın. Daha sonra ananaslı və unlu qarışımı bir-birinə əlavə edərək qarışdırın. Keks xəmirini yağlı kağız yerləşdirdiyiniz keks qablarına tökün. Kekslərin üzəri qabarıncaya və çatlayana qədər təxminən 20-22 dəqiqə bişirin.

Nuş olsun!
lent.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.