Halley tort resepti
Keks xəmiri üçün:
4 yumurta
1 su stəkanı şəkər
1 çay stəkanı duru yağ
1 çay stəkanı süd
1 paket qabartma tozu
1 paket vanil
Aldığı qədər un (təqribən 2 su stəkanı )
Sousu üçün:
2 su stəkanı süd
4 yemək qaşığı şəkər
4 yemək qaşığı kakao
Kremi üçün:
1 paket vanilli vəya kakaolu cremole
2,5 su stəkanı süd
Üzəri üçün:
kokos
Hazırlanması:
Keks xəmiri üçün yumurta və şəkər qarışdırıldıqdan sonra süd və duru yağı əlavə edib qarışdırın.
Daha sonra qabartma tozu vanil və unu qataraq xəmiri yağlı kağız sərilmiş orta ölçüdə qazana tökün.
Əvvəlcədən isidilmiş sobada 175 dərəcədə bişirin.
Sousu üçün süd, şəkər və kakaonu qarışdırın.
Keks bişəndə sobadan götürüb soyumağa qoyun.
Cremoleyi 2,5 su stəkanı südlə hazırlayın.
Soyuyan keksi kvadrat dilimlər halında kəsin və sousa batırın.
Bu şəkildə hazırlayıb sousa batırdığınız keks dilimlərini soyuducuda 2 saata qədər saxlayın.
Soyuducuda soyutduğunuz keksləri bıçaqla eninə ikiyə ayırın və aralarına krem çəkin, kokosa bulayıb üzərini istədiyiniz kimi bəzəyin.
Nuş olsun!