Ballı kişi idealı tortu resepti

22 Haziran 2022
3 827
0
Ballı kişi idealı tortu resepti
Tərkibi:
Xəmir üçün:

150 q yağ
3 yumurta
150 q şəkər tozu
2-3 x.q. bal
40 ml. konyak
1 ç.q. söndürülmüş soda
2,5-3 st. un

Krem üçün:

500 q xama (30%) + şəkər pudrası (istəyə görə)
1 banka qatılaşdırılmış süd + 1 paçka kərə yağı + 40 ml. konyak
300 q qoz

Hazırlanması:

Yağı, şəkər tozunu, yumurtaları, balı vam odda qaynara düşənəcən dayanmadan qarışdırın. Sirkədə söndürülmüş soda əlavə edib ocaqdan götürün. Unu tədricən əlavə edib qarışdırın (çalışın, çox bərk olmasın).

Xəmiri lövhənin üstündə yoğurun, 30 dəqiqə saxlayın. 15-16 hissəyə bölün. 1-1,5 mm qalınlıqda yayıb siniyə qoyun. Qızılı rəng alana qədər sobada bişirin (təxminən 1,5-2 dəqiqə).

Krem hazırlamaq üçün əvvəlcə xamanı çalın. İstəyə görə buraya şəkər pudrası əlavə edə bilərsiniz. Sonra ayrı qabda yumşaldılmış kərə yağını (təxminən 200-250 q) çalın, ona qatılaşdırılmış süd və 40 ml. konyak əlavə edin. Hər iki kremi qarışdırın.
Korjların arasına bol-bol krem çəkin, qoz səpin. Tortun üstünə və kənarlarına da krem çəkib qoz səpin.
Bu tort soyuducuda ən azı 8 saat saxlanmalıdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.