Damla şokoladlı, kakaolu keks resepti

02 Mart 2022
3 877
0
Damla şokoladlı, kakaolu keks resepti
Tərkibi:
2 ədəd yumurta,
1 armudu st. şəkər tozu,
100 qr bitki yağı,
1 armudu st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. un,
2 x.q. kakao,
damla şokolad

Hazırlanması:

Əvvəlcə yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalırıq. Üzərinə yağ və süd əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Ardınca un, vanil, kakao və qabartma tozunu əlavə edib, ehtiyatla qarışdırırıq ki, xəmir sönməsin. Hazırladığımız xəmiri yağlanmış soba qabına töküb, üzərinə damla şokolad əlavə edirik. Şokoladların üzdə qalıb yanmaması üçün qaşıqla ehtiyatla qarışdırdıqdan sonra əvvəlcədən isidilmiş sobada bişiririk.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.