Mürəbbəli peçenye - Foto Resept
yarım paket marqarin
1 stəkan qəhvəyi şəkər
2 stəkan un
1 paket qabartma tozu
1 ç/q darçın
1 ədəd yumurta
1 kasa mürəbbə
Hazırlanması:
Peçenye tərkibini qabda yoğurun. Sonra streç kağızı ilə örtün və bir saat soyuducuda saxlayın.
Xəmiri yayın və formaya salın.
Xəmiri soba listinə düzün və 120 dərəcə 30 dəqiqə bişirin.
Bişən peçenyelərin arasına mürəbbəni çəkin.
Nuş olsun!