Kərə yağını necə əritmək lazımdır? - QAYDASI
Hazırlanması:
Əvvəlcə kərə yağını bir qazana tökün. Üstünə azca qaynadılmış su və bir çimdik duz tökün. Yağı vam odda əritməyə başlayın. Yüksək istilikdə kərə yağınız yana bilər. Tez-tez qarışdıraraq yanmasının qarşısını alın. Yağın üzündə köpüklər əmələ gələcək. Həmin köpüklər qazanın dibinə enib qızarana qədər yağı bişirin. Bu, yağın tortasıdır. Torta qəhvəyi rəng aldıqda kərə yağınız hazır deməkdir. Təmiz bir süzgəclə, yaxud cunayla yağı saxlayacağınız çuğun qazana süzün.
Tortanı da atmayın. Keks, peçenye kimi şirniyyatlar hazırlayarkən yağ əvəzinə istifadə edə bilərsiniz. Şirniyyatlarınıza xüsusi dad verəcək.
lent.az