Ləzzətli qoz halvasının RESEPTİ

06 Haziran 2022
3 015
0
Ləzzətli qoz halvasının RESEPTİ
Halvanın bir çox növlərini xoşlayırıq. Un halvası, fındıq halvası, günəbaxan halvası və sair. Feat.Az bu dəfə sizə ləzzətli qoz halvasının reseptini təqdim edir.



Ərzaqlar:




3 stəkan üyüdülmüş qoz ləpəsi

2 stəkan üzüm bəhməzi

2 xörək qaşığı kərə yağı

4 xörək qaşığı un



Hazırlanması:




Üyüdülmüş qozu bir tavaya tökün. Orta temperaturda 5 dəqiqə qarışdıraraq qovurun. Sonra ona 1 stəkan üzüm bəhməzi əlavə edin və qarışdırdıqdan sonra soyudun.



Başqa bir tavada kərə yağını əridin. Əritdiyiniz yağa un tökün və rəngi bir az qızarana qədər qarışdıraraq qovurun. Kənarda soyumağa qoyduğunuz qarışımı qovurduğunuz una əlavə edərək, taxta qaşıqla yaxşıca qarışdırıb 3 dəqiqə daha qovurun. Sonra ocağın altını söndürərək, qarışımı soyumağa qoyun. Kənardakı 1 stəkan bəhməzi də halvaya əlavə edərək, bir daha qarışdırın. Halvaları servis boşqabına düzüb qaşıqla forma verin.



Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.