Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI

29 Ocak 2018
2 061
0
Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI
Adətən çay süfrələrində ağız dadımızın alışdığı şirniyyatlardan istifadə etməyi çox sevirik. Amma Feat.Az bu dəfə sizə italiyan mətbəxinin ən ləzzətli şirniyyatlarından olan tiramisunun reseptini təqdim edir.



Ərzaqlar:




1 paket hazır keks (iki qatlı)
1 stəkan isti su

1 xörək qaşığı qəhvə
1 çay qaşığı şəkər tozu



Kremi üçün:


200 qram labne pendiri
2 stəkan süd

5 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı un
1 ədəd yumurta sarısı



Üzəri üçün:




2 xörək qaşığı kakao



Hazırlanması:



Əvvəlcə kremi hazırlayın. Şəkər tozu, süd, un və yumurta sarısını bir qazanın içinə töküb ocağın üzərinə qoyun. Orta odda dayanmadan qarışdıraraq, qatılaşana qədər bişirin. Kremi soyumağa qoyun. Soyuyandan sonra içinə labne pendirini qatıb mikserlə çırpın.



Keksi islatmaq üçün isti su, qəhvə və şəkər tozunu bir qabda qarışdırın. Servis boşqabına keksin bir qatını yerləşdirin. Qəhvə qarışımının yarısı ilə keksi isladın və üzərinə kremi yayın.



Keksin digər qatını da qəhvə qarışımı ilə isladın və çevirərək kremli qatın üzərinə qoyun. Qalan kremi tiramisunun üzərinə sürtün. Son olaraq kakaonu səpin. Soyuducuda 1-2 saat saxladıqdan sonra servis edə bilərsiniz.



Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.