Nağılsayağı çiyələkli rulet - Resept

30 Ocak 2018
2 311
0
Nağılsayağı çiyələkli rulet - Resept
Ərzaqlar
Biskvit üçün:

4 yumurta
100 qram şəkər
20 qram kakao tozu
1 paket qabartma tozu
100 qram un
İçlik
600 qram çiyələk
250 qram 33 %-li qaymaq
1 paket vanil
1 su stəkanı cem

Hazırlanması:

Yumurtanı şəkərlə mikserlə çalın.
Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın.
30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin.
3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün.
Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun.
Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun.
Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın.
Dəsmalın köməyi ilə biskviti ynidən rulet formasınfa bükün.
Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.