Künəfə sevənlərin nəzərinə: evdə özünüz də bişirə bilərsiniz - RESEPT

Künəfə sevənlərin nəzərinə: evdə özünüz də bişirə bilərsiniz - RESEPT
Künəfə türk şirniyyatıdır, amma ölkəmizdə də onu yeməyi çox sevirlər. Feat.Az-ın sizə verəcəyi bu reseptlə özünüz də evdə ləzzətli künəfə bişirə biləcəksiniz.



Ərzaqlar:



200 qr tel kadayıf
100 qr kərə yağ

200 qr dil pendiri


Şərbəti üçün:



1 stəkan yarım şəkər tozu

1 stəkan yarım su
3-4 damcı limon suyu



Bəzəyi üçün:



Üyüdülmüş yaşıl fıstıq və qaymaq



Hazırlanması:




Şəkər tozu ilə suyu qazana tökərək qaynadın və limon suyunu da əlavə edərək, ocaqdan götürüb soyumağa qoyun.



Kadayıfları otaq temperaturunda kərə yağı ilə yaxşıca yoğurun.



Digər tərəfdən bir tavanı kərə yağı ilə yağlayın. Kadayıfları tavaya boşluq qalmayacaq formada 1 sm qədər qalınlıqda yayın, üstündən aşağı basın.



Pendirləri doğrayıb bərabər şəkildə kadayıfın üzərinə tökün. Üzərini təkrar kadayıf ilə örtüb yenə aşağı basın. Az odda hər iki tərəfi də qızarana qədər bişirin.



Künəfə isti, şərbəti ilıq ikən üzərinə tökün, bir-iki dəqiqə şərbətdə saxladıqdan sonra bəzəyib, servis edin.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.