Şəkərsiz peçenye: uşaqlar üçün xeyirli şirniyyat

Şəkərsiz peçenye: uşaqlar üçün xeyirli şirniyyat
Uşaqların da sevəcəyi şəkərsiz bir şirniyyat bişirmək istəyirsinizmi? Axı çox şəkərli qidalar xüsusilə uşaqlara zərərlidir. Feat.Az sizə şəkərsiz peçenye reseptini təqdim edir.



Ərzaqlar:



1 stəkan kərə yağı

1 kiçik fincan bəhməz

1 yumurta

1 stəkan yağsız süd

1 çay qaşığı vanil

1 stəkan un

1 çay qaşığı soda

50 qr şokolad



Hazırlanması:




Kərə yağını, bəhməzi, yumurtanı, südü və vanili bir qaba tökün, 2 dəqiqə boyunca mətbəx robotunda qarışdırın. Daha sonra unu və sodanı əlavə edin. Bütün ərzaqlar yaxşıca qarışana qədər çırpmağa davam edin. Sonra şokoladları töküb, qaşıqla bir az qarışdırın. Xəmiri yuvarlayıb, soba qabına yığın və xəfifcə ovcunuzun içi ilə basın. Sobanızı 350 dərəcədə qızdırın. Peçenyeləriniz qızarana qədər, təxminən 20-25 dəqiqə boyunca bişirin.



Nuş olsun!

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.