Ləzzətli ispanaqlı börəyin asan HAZIRLANMA QAYDASI

09 Şubat 2018
1 535
0
Ləzzətli ispanaqlı börəyin asan HAZIRLANMA QAYDASI
Göyərti ilə hazırlanan qutabları, börəkləri çox sevirik. Feat.Az bu dəfə sizə həm sağlıqlı, həm də ləzzətli ispanaqlı börəyin reseptini təqdim edir.



Ərzaqlar:



1 kilo hazır yuxa

6 dəstə ispanaq

3 ədəd soğan

100 qram pendir

4 ədəd yumurta

1 stəkan yarım qatıq

2 stəkan duru yağ

Su

Duz

İstiot



Hazırlanması:




Geniş bir tavaya yağ və xırda doğranmış soğanı töküb qovurun. Yaxşı yuyulub qurudulmuş ispanaqları da ora töküb, suyunu çəkənə qədər qovurun və ocağın altını söndürün. Pendiri ovalayaraq ispanağa qarışdırın. İstəsəniz, bir az duz və istiot vurun.



Bir kasada yumurtaları çırpıb içinə qatıq və yağ əlavə edin. Bir az da su əlavə edərək yaxşıca qarışdırın.



Geniş bir soba qabını yağlayın. Yuxanızı stola sərib, hazırladığınız sulu qarışımı hər yerinə sürtün. Uzunlamasına ispanaq döşəyib yuxanı rulet şəklində bükün. Qabın ortasında halqa şəklində dolayın. Hər ruleti eyni şəkildə onun ətrafına dolayın.

Qalan sulu qarışımı ən son üzərinə tökərək, börəyi əvvəlcədən 220 dərəcədə qızdırdığınız sobaya qoyun.



Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.