Qaymaq pendirli çiyələk piroqu resepti

16 Şubat 2018
1 578
0
Qaymaq pendirli çiyələk piroqu resepti
Tərkibi:
Qaymaqlı qarışım üçün:

250 qr. mascarpone (və ya başka qaymaqlı pendir, rikkota, filodelfiya, labne)
2 x.q. şəkər pudrası
1 paket vanil

Xəmir üçün:

120 qr. kərə yağı
1/2 st. şəkər tozu
2 yumurta
1 st. un
1 ç.q. qabartma tozu
1/4 ç.q. duz

Əlavə:
250 qr. çiyələk
1 x.q. nişasta
1 ç.q. günəbaxan yağı

Hazırlanması:

1.Mascarpone pendirini, şəkər pudrasını və vanil şəkərini vilka ilə yaxşı əzib qarışdırın. Krem üçün torbaya yığın. Qoyun qırağa.
2.Otaq temperaturunda olan kərə yağını şəkər tozu ilə mikserlə 5 dəqiqə çalırıq.
3.İçinə bir bir yumurtaları qatıb çalmağa davam edirik.
4.Ələnmiş unu, qabartma tozunu, duzu əlavə edirik və birdə çalırıq.
5.Soba qabına (məndə 24x36 idi) soba kağını qoyuruq və günəbaxan yağı sürtürük.
6.Hazır xəmirin yarısını formaya qoyub silikon lopatka ilə düzləşdiririk.
6.Qaymaqlı qarışımımızın yarısını xəmirin üstünə top şəklində mühtəlif yerlərə sıxırıq.
7.Çiyələyi nişasta ilə qarışdırırıq və qaymaqlı qarışımından boş olan yerlərə çiyələyin yarısını düzürük.
8.Xəmirin qalan hissəsini 2 çay qaşığının köməyi ilə üstə top şəklində qoyuruq.
9.Xəmirdən boş qalan yerlərə yenə qaymaqlı qarışımı sıxırıq və çiyələk düzürük.
10.İsinmiş sobada 180 dərəcədə 35 dəqiqə bişiririk.

Nuş olsun!
insta: https://www.instagram.com/metbex/
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.