Monastır koması (rus mətbəxi)

22 Şubat 2018
2 104
0
Monastır koması (rus mətbəxi)
Tərkibi:
Xəmir üçün:

3 yumurta
3 xörək qaşığı bal
1/2 st. şəkər tozu
100 qr. kərə yağı və ya marqarin
1 ç.q. sirkəyə qatılmış soda
3 st. un
Dondurulmuş və ya təzə 1 kq albalı

Krem üçün:

800 qr. süzülmüş xama
2 st. şəkər tozu

Hazırlanması:

Albalının donunu açırıq və artıq şirəsi axsın deyə saxlayırıq.
Yumurtaları şəkərlə, balla və isti marqarinlə qarışdırırıq. 10 dəqiqə su hamamına qoyuruq. Qarışdırırıq.
Sodanı əlavə edib qarışdırırıq. Oddan götürürük və soyumağa qoyuruq.
3 st. unu tədricən əlavə edərək xəmir yoğururuq.
Xəmirdən tavanın eninə görə qat açırıq və onu 15 zolağa bölürük.
Hər zolağın üzərinə şəkər tozu və albalı əlavə edirik.
İçli xəmirin qıraqlarını möhkəm yapışdırırıq.
Yağla sürtülmüş və un səpilmiş tavaya düzürük.
170-180 dərəcədə 40 dəqiqə bişiririk. Soyumağa qoyuruq.
Süzülmüş xamanı şəkərlə çalırıq - bu tortun kremidir.
Xamadakı artıq mayedən qurtulmaq üçün süzgəcə pambıq dəsmal qoymaq, xamanı tökmək və 2 gün soyuducuda saxlamaq lazımdır.
Boruları sıra ilə düzürük. Birinci sıra - 5 boru, ikinci sıra - 4, üçüncü sıra - 3, dördüncü sıra - 2 və nəhayət, son boru.
Hər sıraya bolluca krem sürtürük.
Tortun kənarlarını kəsirik, boşqaba qoyuruq.
Tortun üzərinə əridilmiş şokolad (şokoladı su hamamında əridirik) əlavə edirik və sürtgəcdən keçirilmiş ləpə səpirik.
Tort hazırdır.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.