Dadlı portağal mürəbbəsini belə HAZIRLAYIN

25 Şubat 2018
1 186
0
Dadlı portağal mürəbbəsini belə HAZIRLAYIN
Mürəbbə çay süfrələrinin olmazsa olmazlarındandır. Xüsusilə də hər fəslin özünə uyğun meyvələri ilə hazırlandıqda daha da ləzzətli olur. Feat.Az portağal mürəbbəsinin reseptini verir.



Lazım olanlar:




2 kq portağal

3 ədəd qreyfurt
3 limon
4 lt su
2 kq şəkər tozu



Hazırlanması:




Bütün portağalları nazik formada soyun və qabıqlarını kənarda saxlayın. Qreypfurt, limon və soyulmuş portağalların suyunu sıxaraq, şüşə balona yığın. Təxminən bir litr meyvə suyu çıxacaq və həmin suyu adi su ilə qarışdıraraq bir qazana tökün. Qapağını açq saxlayaraq qaynamağa qoyun və isindikdə içərisinə portağalın qabıqlarını əlavə edin. Təxminən 2 saat, su yarı olana qədər qaynadın. Qarışım hazır olduqda içərisindən qabıqları çıxarın və süzgəclə suyunu süzün. Bu zaman ona şəkər tozu tökərək qaynamağa qoyun. İlk 15 dəqiqə ərzində dibinin tutmaması üçün qarışdırın. Qarışım təxminən 2,5 litr qalana qədər qaynadın.



Bişdikdən sonra mürəbbəni isti-isti balonlara yığıb qapaqlarını bağlayın. Sərin və qaranlıq bir yerdə soyumağa qoyun.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.