Nanəli keks resepti

27 Şubat 2018
2 490
0
Nanəli keks resepti
Tərkibi:
Nanə yarpaqları 0,5-1 stəkan
Qatıq 1 stəkan
Yumurta 2 ədəd
duru yağı 0,5 stəkan
Un 2 stəkan
Şəkər tozu 1 stəkan
Limon suyu 1 çay qaşığı
Soda 2/3 çay qaşığı (qabartma tozu da istifadə edə bilərsiniz.)

Hazırlanması:

Qatıq, duru yağ, yumurta və şəkər tozunu blenderdə qarışdırın.
Limon suyu, un və qabartma tozunu da bu qarışığa əlavə edin.
Nanənin yarpaqlarını xırda-xırda doğrayıb xəmirə qatın.
Sonra alınan nanəli xəmiri formaya tökün və bişməyə qoyun.
Keksiniz tam soyuyandan sonra onu
doğrayıb üstünə şəkər pudrası və ya şokolad qlazuru tökərək süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.