Karamel sousu

17 Mart 2018
1 589
0
Karamel sousu
Karamel, dondurma və tortlar üçün mükəmməl sousdur. Bu sousu evdə asanlıqla hazırlaya bilərsiniz.

Karamelin tərkibi:

1 stəkan şəkər tozu
5 xörək qaşığı su
5-6 damcı limon suyu
100 qr kərə yağı
100 qr qaymaq
1 çay qaşığı vanil

Hazırlanması:

Şəkər tozu, limon suyu və 5 xörək qaşığı suyu bir tavaya töküb zəif odda qaynamağa qoyun. Tez- tez tavanı yelləyərək qarışmasını təmin edin. Şəkər tozu qaynadıqca rəngi tündləşməyə başlayacaq.Südlü qəhvə rəngini aldıqda içinə kərəyağını qoyub əriyənədək qaşıqla qarışdırın. Daha sonra qaymaq əlavə edib sürətlə qarışdırmağa davam edin. Əridikdə ocaqdan götürüb, vanil əlavə edib 2 dəqiqə daha çırpmağa davam edin. Əgər içində qaymaq parçaları varsa əl blenderi ilə qarışdıra bilərsiniz. Bu zaman rəngi bir az açılacaq. Karameli isti ikən şüşə qaba boşaldın. Otaq temperaturunu aldıqdan sonra, qapağını bağlayıb soyuducuda saxlayın. Bərkiyən karameli peçenyelərin, tortların, dondurmaların üzərini bəzəmək üçün, su hamamında əridərək istifadə etmək lazımdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.