Yumurtasız şokoladlı piroq

12 Mart 2018
2 372
0
Yumurtasız şokoladlı piroq
Çox asan hazırlanan və olduqca dadlı piroq bişirərək əzizlərinizi sevindirə bilərsiniz.

Tərkibi:

1,5 stəkan un
3 xörək qaşığı kakao
1 çay qaşığı soda
çimdik duz
1 stəkan şəkər tozu
1/4 stəkan bitki yağı
1 stəkan su
1/2 xöeək qaşığı vanil ekstraktı
1 xörək qaşığı ağ şərab uksusu və ya limon suyu
1/4-1/2 çay qaşığı dəmlənmiş qəhvə

Hazırlanma qaydası:

Bir qaba un, kakao, soda və duz töküb qarışdırın. Başqa bir qabda şəkər tozu, bitki yağı, uksus və dəmlənmiş qəhvəni qarışdırın. Şəkər tozu əriyənədək yaxşıca qarışdırın. Quru qarışığı və şəkərli qarışığı birləşdirib qarışdırın. Piroqu bişirəcəyiniz kvadrat formalı siniyə yağlı kağız sərin və bitki yağıyla və ya zeytun yağıyla yağlayıb unlayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Bişən piroqu sobadan çıxarıb soyudun və üstünü şokoladlı kremlə bəzəyin. Rəndələnmiş şokolad səpin və dilimləyib süfrəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.