“Südlü qız” tortu

12 Haziran 2022
3 111
0
“Südlü qız” tortu
"Südlü qız" - bu dadlı və ağızda əriyən tort bol qaymaqlı, nazik korjlardan ibarətdir. Tortun adı Almaniyada "Milch Mädchen" markası adı altında istehsal olunan qatılaşdırılmış südün rus dilinə tərcüməsindən götürülüb.

Tərkibi:
Kojlar üçün:

400 qr qatılaşdırılmış süd
2 ədəd yumurta
160 qr un
1 paket qabartma tozu

Krem üçün:

400 ml 35% lik qaymaq
yarım stəkan şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda qatılaşdırılmış süd və yumurtaları tel çırpıcıyla çırpın. Başqa bir qabda un və qabartma tozunu ələyin.
Unlu qarışığı yumurtalı qarışığa əlavə edib yaxşıca qarışdırın və 15 dəqiqə kənarda gözlədin.
Yağlı kağızın üzərində diametri 20 sm olan dairə çəkin.
Yağlı kağızı soba sinisinə yerləşdirin və dairənin içərisinə xəmirdən 2 dolu qaşıq töküb yayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə yüngül qızaranadək bişirin. Bişmiş korju sobadan çıxarın və yağlı kağızdan ayırın.
Korju mətbəx dəsmalının üzərinə qoyun. Eyni qayda ilə bütün korjları bişirin.
Krem üçün qaymağı şəkər kirşanıyla çırpın. Korjları kremləyin və 1 gecəlik soyuducuya yerləşdirin.
Zövqə görə tortun kənarlarına qoz səpə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.