Uşaqlarınıza xəmirdən plastilin hazırlayın - RESEPT

15 Mart 2018
1 515
0
Uşaqlarınıza xəmirdən plastilin hazırlayın - RESEPT
Uşaqlar çox maraqlı olurlar və hər bir şeyi ağızlarına apararaq kəşf etməyi sevirlər. Xüsusilə də plastilinlə oynayan zaman valideynlər bu halla çox qarşılaşırlar və narahat olurlar. Amma Feat.Az-ın verəcəyi bu resept sayəsində azyaşlı uşaqlarınız plastilini ağızlarına aparsalar, belə narahat olmayacaqsınız. Çünki plastilin təbii xəmirlə hazırlanacaq.



Lazım olanlar:




1 xörək qaşığı qaymaq

3-4 stəkan qənnadı tozu (şəkər pudrası)

İstəyə görə qida boyası

Yarım fincan yumşaq duzsuz kərə yağı

1 çay qaşığı qaşığı vanil



Hazırlanması:



Əvvəlcə kərə yağı və qaymağı təmiz bir qabın içində qarışdırın. Daha sonra içərisinə qənnadı tozunu əlavə edərək, ələ yapışmayan hala gələnə qədər yoğurun. Son olaraq da vanili əlavə edin. Xəmirlərin rəngli olması üçün dilədiyiniz rəngdə qida boyası istifadə edə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.