Novruzun əsas atributu: şəkərburanın HAZIRLANMA QAYDASI

23 Mart 2018
2 103
0
Novruzun əsas atributu: şəkərburanın HAZIRLANMA QAYDASI
Şəkərbura Novruz bayramının atributlarından biridir. Hər bir xanım istəyir ki, süfrəsini əlləri ilə naxış çəkdiyi şəkərburalar bəzəsin. Amma onu da etiraf etmək lazımdır ki, şəkərbura bişirmək, onun kənarlarını bükmək və naxışlamaq da elə asan olmur. Feat.Az ləzzətli şəkərbura reseptini təqdim edir.



Lazım olan ərzaqlar:




6 yumurta,

1 kq un,

0.5 kq xama,

0.5 kq kərə yağı



İçlik üçün:



0.5 kq şəkər tozu,

0.5 kq çəkilmiş qoz ləpəsi,

0.1 q vanil,

10 q hil,

Maya,

Duz



Hazırlanma qaydası:

Yumşaldılmış yağa ələnmiş un, xama və 6 yumurtanın sarısını (hazırlanmış xəmir öz kövrəkliyini itirmir və gec xarab olur) azca duz və maya qatıb bərk xəmir yoğurub, 1-2 saatlığa isti yerə dincə qoyulur. Xəmir qalxdıqdan sonra kündələnib 2 mm qalınlıqda yayılır və 10 sm diametr ölçüdə dairələr kəsilir. Bu dairələrin arasına hazır içlik qoyulub örtülür və kənarları vintvari burulur. Ovucda saxlayaraq maqqaşla üstünə müxtəlif naxışlar salınır. Sonra hazır şəkərburalar listə düzülüb azacıq qurudulur və qızarmamaq şərti ilə sobada bişirilir.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.