Şəkərçörəyi belə bişirilir - RESEPT

24 Mart 2018
2 015
0
Şəkərçörəyi belə bişirilir - RESEPT
Şirniyyatı hər birimiz sevirik. Xüsusilə çayla içmək üçün evdə hazırlayacağımız şirniyyatların dadı əvəzsiz olur. Feat.Az ləzzətli şəkərçörəyinin reseptini təqdim edir.



Tərkibi:




200 qr yağ

2 yumurta ağı

Yarım çay qaşığı maya

1 stəkan şəkər tozu

3 stəkan un

Vanil



Hazırlanma qaydası:




Yumurtanın ağında maya əridilir, üzərinə ərinmiş yağ tökərək bir qədər qarışdırılır. Şəkər tozu əlavə edərək möhkəm çalınır və unu əlavə edib yaxşı qarışanadək ovulur. Yumşalmış xəmirdən kiçik kündələr kəsib yumrulayın. Ovcunuzun içində forma verib yağlanmış listə düzün və təpəcik hissəyə barmağın ucu ilə yumurta sarısı vurub bişirin.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.